Hadisə

Azərbaycanlı gənclərin Rusiyadakı qəhrəmanlığı - FOTO

10 İyul 2020 13:23
Baxış: 2 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Yamalo-Nenets muxtar dairəsinin Novıy Urenqoy şəhərində fərdi yaşayış evində baş verən yanğın zamanı üç soydaşımız qəhrəmanlıq göstəriblər.

"Severpress.ru" xəbər verir ki, təsadüfən yanğın baş verən ərazidən keçən Bəxtiyar Nəbiyev, Anar Nəbizadə və Fəxrəddin Hacıyev hadisəyə biganə qala bilməyiblər.

Gənclər ərazidə köməyə ehtiyacı olan kiminsə ola biləcəyini düşünərək cəld özlərini yanan binaya atıblar. Birinci mərtəbədə güclü tüstüləmə olsa da, onlar özlərini ikinci mərtəbəyə (çardağa) çatdıra biliblər.

Burada onlar bir kişinin yatdığını müəyyən ediblər. Yanğınsöndürənlər hadisəyə yerinə gələnə qədər gənclər kişini xilas etməyi bacarıblar.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Regional FHN-in mətbuat xidməti azərbaycanlı gənclərin cəsarətini xüsusi vurğulayaraq, onların sayəsində insan itkisi olmadığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.