Hadisə

Ağackəsənlərlə bağlı cinayət işi başlandı

9 İyun 2020 12:56
0 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki şəhəri, M.Ş.Həmidov küçəsində ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəki rayon prokurorluğuna daxil olmuş material araşdırılıb.

Şəki Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq müxtəlif diametrlərdə olan köküstə yaş şam və cökə cinsinə məxsus ağacları dib köklərindən kəsərək təbiətə 3800 manat məbləğində xeyli miqdarda zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış material üzrə Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.