Hadisə

Şəkidə xüsusi karantin rejimini pozanlar barəsində tədbirlər görülüb - FOTO

5 Aprel 2020 17:21
4 Şərh     Baxış: 1 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər Şəki Şəhər Rayon Polis Şöbəsininn əməkdaşları tərəfindən rayon ərazisində icra olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq xüsusi karantin rejiminin qaydaları sakinlərin diqqətinə çatdırılır. Çöldə olan, həmçinin avtomobillərdə, şəhərdaxili marşrutlarda olan vətəndaşlar polis əməkdaşları tərəfindən planşetlə yoxlanılır, onlara icazə verilib-verilmədiyi müəyyənləşdirilir.

İcazəsi olmadan çölə çıxanlar barəsində isə qanunauyğun müvafiq tədbirlər görülür.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.