Hadisə

Texniki səbəbdən Bakıya qayıdan təyyarə Ankaraya yola salındı - YENİLƏNİB

29 Fevral 2020 17:17
0 Şərh     Baxış: 3 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:17

Bakı-Ankara aviareysi ilə uçan və texniki səbəbə görə Bakı aeroportuna geri qayıdan təyyarə Ankaraya yola salınıb.

AZAL-dan Milli.Az-a verilən məlumata görə, təyyarə saat 13:00-da Ankaraya yola düşüb.

---------

11:59

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Məlumata əsasən, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib.

İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.