Hadisə

Cəmilin intihar xəbərini eşidən babası aeroportda infarktdan öldü - FOTO

17 Fevral 2020 13:37
4 Şərh     Baxış: 6 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada azərbaycanlı tələbə Cəmil Verdiyev intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 21 yaşlı gənc Moskva Ali İqtisad Məktəbinin II kursunda oxuyurmuş.

Yaxınlarının məlumatına görə, o, özünü 11-ci mərtəbədən ataraq həyatına son qoyub.

Bildirilir ki, təhlükəsizlik kameralarına düşən kadrlarda Cəmil Verdiyevin özünü yataqxananın balkonundan atmazdan öncə telefonla danışdığı məlum olub. Ekspertizanın ilkin rəyinə əsasən, onun qanında spirt və narkotik maddə aşkar edilməyib.

Baş vermiş faciəvi hadisədən xəbər tutan Cəmilin babası Bakıdan Rusiyaya uçmaq üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanına gedib, lakin aeroportda ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, C. Verdiyevin fevralın 13-də 21 yaşı tamam olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.