Hadisə

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edildi

10 Fevral 2020 11:22
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

ETSN-dən Milli.Az-a bildirilib ki, nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən 8 fevral 2020-ci il tarixində səhər saat 6 radələrində "Ural" markalı 43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.