Hadisə

Çavuşoğlu: “Təyyarədə Azərbaycan vətəndaşı da olub” - YENİLƏNİB

6 Fevral 2020 13:23
0 Şərh     Baxış: 3 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:23

Dünən İstanbulda Sabiha Gökçen hava limanında təyyarənin uçuş zolağından çıxması nəticəsində 3 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. 

M. Çavuşoğlu qeyd edib ki, təyyarədə bir Azərbaycan vətəndaşı da olub: "Biz bir millət, iki dövlətik. O insanımıza da lazımi diqqət göstəriləcək".

Qeyd edək ki, fevralın 5-də İstanbulun Sabiha Gökçen hava limanında göyərtəsində təyyarə uçuş zolağından çıxaraq, qəzaya uğrayıb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

---------
11:39

İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb.

Milli.Az bildirir ki, bu barədə oxu.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

O bildirib ki, İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan "Pegasus" şirkətinə məxsus təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması ilə bağlı XİN-ə məlumat daxil olmayıb.

Xatırladaq ki, İzmirdən İstanbula uçan "Pegasus" şirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib. Ən son məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, 179 nəfər xəsarət alıb.

----------
09:43

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a ölkəmizin İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

Hazırda bu şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.