Hadisə

Tovuzda 3 ustanı elektrik cərəyanı vurdu - Cinayət işi başlandı

24 Yanvar 2020 19:19
0 Şərh     Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 23-də Tovuz rayonunun Əyyublu kəndində yerləşən "Polatyol Yapı" şirkətinin ərazisində həyata keçirilən tikinti işləri zamanı 3 nəfər ustanın elektrik cərəyanı vurması nəticəsində xəsarət alamaları faktı ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə həmin şirkətin ərazisində aparılan yol-tikinti quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasında olan qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində xəsarət alaraq Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər.

Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta-ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.