Hadisə

Azərbaycanın tanınmış jurnalisti vəfat etdi

20 Yanvar 2020 14:33
0 Şərh     Baxış: 2 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva 89 yaşında vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə "Bakinski raboçi" qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində "İzvestiya" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə "Azərinform"da (indiki "Azərtac") işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib.

Allah rəhmət eləsin!

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.