Hadisə

Rusiya vətəndaşı Hacıqabulda sükan arxasında öldü

18 Yanvar 2020 16:26
0 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax yolunda sürücü sükan arxasında ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yolun 155-ci kilometrliyində, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

Rusiya Federasiyası vətəndaşı olan milliyyətcə azərbaycanlı, Göyçay rayonunda müvəqqəti yaşayan, 1965-ci il təvəllüdlü Nasirov Elçin Şiralı oğlu idarə etdiyi "Mercedes" markalı 90 UE 314 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edib. Sürücü avtomobili yolun kənarında saxlayıb, yolda xidmət edən yol polisinə müraciət edib.

Sürücünün halının pis olduğunu görən yol polisi dərhal əraziyə təcili tibbi yardım briqadası çağırıb. Briqada əraziyə çatana qədər sürücü sükan arxasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.