Hadisə

Qaxda 3 nəfər qazdan zəhərlənib

15 Yanvar 2020 20:54
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda üç nəfər təbii qazdan zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında rayonun Əlibəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Tatiya Riyadovna Barixaşvili, 2007-ci il təvəllüdlü Levani Qiyabiroviç Aslamazaşvili və 1985-ci il təvəllüdlü Natiya Vardovna Qasviyaşvili zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı hər üç şəxsin Levani Aslamazaşvilinin yaşadığı evin mətbəxində təbii qazdan zəhərləndiyi məlum olub.

Məlumatda bildirilir ki, zəhərlənənlərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.