Hadisə

Gəncəyə tətilə gedən tələbənin cəsədi tapıldı

4 Yanvar 2020 13:24
2 Şərh     Baxış: 5 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.

T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.