Hadisə

"3-cü mikrorayon bazarı"ndakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO - FOTO

14 Dekabr 2019 18:37
8 Şərh     Baxış: 5 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:37

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə baş verən yanğın söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

---------

18:09

Bakıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakının Nəsimi rayonu ərazisindəki 3-cü mikrorayon bazarında baş verən yanğınla bağlı əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə Milli.Az-a "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.Onun sözlərinə görə, elektrik enerjisi Fövqəladə Hallar Nazirliyinin tələbi ilə dayandırılıb: "3-cü mikrorayon bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin tələbi ilə bazarın elektrik enerji verilişi xəttinin açmışıq".

***

3-cü mikrorayon bazarı yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov keçəsində və 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamıtində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumata görə, 3-cü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur. Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş olunur.

Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.