Hadisə

Bakıda daha bir qəza: piyada öldü

14 Dekabr 2019 17:24
1 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xətai rayonunun Nobel prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.