Hadisə

1477 nəfər Suriya və İraqa gedib, 903 nəfərin öldüyü və ya itkin düşdüyü güman edilir

10 Dekabr 2019 14:19
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorist təşkilatlara qoşulmaq üçün 1477 nəfər Azərbaycan vətəndaşı Suriya və İraqa gedib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ''Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə təqdiqat'' adlı yekun hesabatda bildirilib.

2018-ci ilin oktyabr ayında BMT nümayəndələri ilə görüş zamanı Daxili Işlər Nazirliyi (DIN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terrorist təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedənlərin ümumi sayının 1477 nəfər (1136 kişi və 341 qadın) olan Azərbaycan vətəndaşlarından 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Hesabatda qeyd edilib ki, şimal, cənub və şimal-qərb regionundan Suriya və İraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin ehtimalları göstərir ki, cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionunlarından olan ''döyüşçülərin'' (müvafiq olaraq 201 və 114) payı daha yüksəkdir. Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər. Geri qayıtmış keçmiş ''döyüşçü''lər tərəfindən ekstremist ideyaların yayılma riski Azərbaycannın səlahiyyətli orqanları tərəfindən təsdiq edilib və aidiyyətı riskin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Həmin şəxslərdən az sayda terrorist Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb. DİN-in təqdim etdiyi rəqəmlərə görə 309 şəxs ( 261 kişi və 48qadın ) ölkəyə geri qayıdıb (əsasən, Sumqayıt, Qusar, Balakən və Zaqataladan). Hesabata əsasən, ekstremist ideologiyaların yayılma mənbələri əsasən, xarici mənbələr olub və sadəcə o regionlardakı dini sferada mövcud gərginliklərlə qarşılıqlı əlaqə vasitəsilə gücləndirilib.

Qeyd edək ki, hesabat ABŞ Beynəlxalq Inkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ''Həssas icmaların dayanıqlığının gücləndirilməsi'' layihəsi çərçivəsində hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.