Hadisə

Azərbaycanda ailə faciəsi - Bir ailənin 4 üzvü zəhərləndi, ana öldü

9 Dekabr 2019 09:24
2 Şərh     Baxış: 2 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Şirin Qasımov, 1988-ci il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, ailənin övladları - 7 yaşlı Nigar Qazımzadə və 5 yaşlı Elçin Qasımzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə 31 yaşlı qadın təcili tibbi yardım xidməti gələnə qədər dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.