Hadisə

Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü

20 Noyabr 2019 20:37
3 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda elektrik ustası bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Xəlilabad kəndində baş verib.

Rayonun Zopun kənd sakini, "Azərişıq" ASC-nin Cənub RETSİ-nin Cəlilabad Elektrik Şəbəkəsində elektrik ustası işləyən, 1990-cı il təvəllüdlü Rəciyev Qurban Ərəstun oğlu Xəlilabad kənd orta məktəbinin yaxınlığında həmin məktəbi elektrik enerjisi ilə təmin edən transformatora daxil olan elektrik naqillərini saxlayan dirəyə çıxaraq təmir işləri ilə əlaqədar kəsdiyi naqilləri bir-birinə bağlayarkən onu elektrik cərəyanı vurub.

Q.Rəciyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.