Hadisə

Şəkidə yük maşınına ot yığan 51 yaşlı kişi yıxılıb öldü

20 Noyabr 2019 18:39
1 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun dağlıq ərazisində, Sarıca düzənliyi deyilən yerdə baş verib.

Şəki rayonu Baş Göynük kənd sakini, 1968-ci il təvəllüdlü Zamanov Adil Nöbər oğlu həmin ərazidə "Zil" markalı yük avtomobilinə ot bağlaması yığarkən hündürlükdən yerə yıxılıb. Nəticədə kəllə sümüyünün sınığı və beyin əzilməsi xəsarətləri alan A.Zamanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.