Hadisə

Murad Dadaşovun obyektində ölüm olub? - AÇIQLAMA

20 Noyabr 2019 14:55
5 Şərh     Baxış: 7 337

Xalq artisti Murad Dadaşovun sahibi olduğu "Côte d`Azur" şirniyyat mağazasıda ölüm hadisəsinin olması barədə məlumat yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müştərilərdən biri mağazada ürəktutmadan dünyasını dəyişib. 

Dadaşovun mətbuat xidməti məlumatı qafqazinfo-ya təsdiqləyib. Amma qeyd olunub ki, sözügedən xanım şirniyyat evinin müştərisi olmayıb:

"Dünyasını dəyişən şəxs nə mağazanın işçisi, nə də müştərisidir. Sadəcə, həmin xanım məhz şirniyyat evinin qarşısından keçərkən halı pisləşib. Həmin vaxt məkanda olan işçi, müştərilər bayıra çıxaraq qadına yardım ediblər və onu içəri keçiriblər. Çox güman ki, infarkt keçirib. Təcili yardım çağırılıb, lakin həkimlər gələnədək xanım ölüb". 

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    əli · 20 Noyabr 15:02810

    Yəqin şirniyyatın iyi dəyib öldürüb.

    Cavab yaz
  • Anonim
    Oxucu · 20 Noyabr 15:26151

    Allah rəhmət eləsin! Elə içəri keçən müştəri də qiymətləri görüb infart keçirir. Bakının bəlkə də ən bahalı şirniyyat dükanıdır bura.

    Cavab yaz
    • Anonim
      zaza · 20 Noyabr 15:4180

      mağazanın adınnan bəllidi. hər kəs ordan şirniyyat almaq arzu edir ama hər adamın....

      Cavab yaz
  • Anonim
    Tam Maxfi. · 20 Noyabr 16:3860

    Iki sey aid eledik.Birinci Murad ne ise baxir ? Ikincisi oduki bu millet niye oz dilinden qacir ? Rehmetlik Bexdiyar Vahabzadenin iki seiri yadima dusdu. 1.Oz dilinde danismaqi ar bilen edabazlar.Arxasini yazmiram. 2.itinde diline hormetimiz var. Tekce oz dilimiz yaramir bize.

    Cavab yaz
  • Anonim
    Dik Söz! · 20 Noyabr 16:5022

    Reklam getdi )

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.