Hadisə

Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü

18 Noyabr 2019 15:37
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Qəbələ-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

Qəbələ rayonunun Vəndam qəsəbə sakini, 1998-ci il təvəllüdlü Həşimli Razil Rza oğlu idarə etdiyi "VAZ 21074" markalı, 10 LZ 807 dövlət nömrə nişanlı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən, 1959-cu il təvəllüdlü Abdurəhmanov Çingiz Gülalı oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.