Hadisə

Bərdədə 28 yaşlı gənc naməlum şəxslər tərəfindən bazarda ölümcül döyüldü

15 Noyabr 2019 17:04
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda gənc oğlan döyülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun heyvan bazarında baş verib.

Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb.

Ə.Mövlanverdiyev qapalı kəllə beyin travması və ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb, sonradan isə Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.