Hadisə

Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb

15 Noyabr 2019 09:19
6 Şərh     Baxış: 3 439

Bu gecə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Onların artıq Bakıya çatdıqları bildirilir. Yayılan məlumatlara əsasən, deport olunanları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıb, sorğu-sual edərək buraxıblar.

Almaniyada deportasiya əməliyyatlarının davam etdiriləcəyi qeyd edilir.

Qeyd edək ki, son iki gündə Almaniyadan 12 Azərbaycan vətəndaşının deportasiya edildiyi barədə də məlumatlar yayılmışdı.

Məlumata görə, deport olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən müsavatçı Toğrul Məmmədov, Hann şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Bundan əlavə, Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov da deportasiya edilib.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Weird · 15 Noyabr 09:3180

    Allah komekleri olsun

    Cavab yaz
  • Anonim
    Darina · 15 Noyabr 09:4840

    Allah komeyleri olsun.

    Cavab yaz
  • Anonim
    Cassious · 15 Noyabr 10:1420

    Welcome to Hell !!!

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 15 Noyabr 10:3221

    Allah deməkdən başqa əldən nə gəlir ki...Əciz,avara,ot kimi yaşayanların işi ancaq allaha qalıb...

    Cavab yaz
  • Anonim
    SH · 15 Noyabr 11:4730

    Tez sevinibler yaqin ora gedib . Allah komeyiviz olsun

    Cavab yaz
  • Anonim
    F · 15 Noyabr 11:4890

    Xoşgəldiz dəlixanaya)))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.