Hadisə

Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü

13 Noyabr 2019 20:09
0 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba sakini evində dəm qazından boğulub ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun T.Əhmədov küçəsi 21 saylı evdə baş verib.

Həmin evdə yaşayan, 1964-cü il təvəllüdlü Cəbrayılov Mirzəbaba Əbülfəz oğlu gecə yuxuda olarkən kustar üsulla hazırlanmış sobadan dəm qazı evə dolub. Nəticədə M.Cəbrayılov qazdan boğularaq ölüb.

Onun meyiti gecə saatlarında oğlu tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.