Hadisə

Qazaxda 3 ədəd mərmi tapılıb - FOTO

12 Noyabr 2019 20:59
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda 3 ədəd mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, 2019-cu il 12 Noyabr tarixində saat 10:53-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonunun Cəfərli və Köhnə Qışlaq kəndləri ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə Cəfərli kəndinin ərazisinə baxış zamanı 2 ədəd 45 mm-lik top mərmisi (BR-240) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan 125 mm-lik top mərmisi (OF-26), Köhnə Qışlaq kəndinin ərazisinə baxış zamanı isə 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 350 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.