Hadisə

Şəkidə "KAMAZ"ın təkəri partladı, sürücü ağır yaralandı

11 Noyabr 2019 13:44
0 Şərh     Baxış: 756

Şəkidə yük maşınının sürücüsü xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini, 1971-ci il təvəllüdlü Şahin Məhərrəmov idarə etdiyi "KAMAZ" markalı yük avtomobilinin təkərinə hava doldurmaq istəyib. Həmin vaxt təkər partlayıb.

Təkərin dəmir halqasının sürücünün üz və baş nahiyəsinə dəyməsi nəticəsində o, ağır xəsarət alıb. Yaralı Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Ş.Məhərrəmovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.