Hadisə

Bakıda yuxulu sürücü maşını metro girişindəki köşkə çırpdı - FOTO

31 Oktyabr 2019 11:47
0 Şərh     Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində, "Nərimanov" metro stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, Altay Turabov idarə etdiyi "Toyota" markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.

Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus "Daewoo Gentra" markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən köşkə çırpılıb.

Qəza zamanı "Toyota" markalı avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Turabov Altay Zəlimxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisə zamanı işıqfor qırılıb, köşkə ciddi ziyan dəyib, avtomobillər isə deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.