Hadisə

Bakıda taksi sürücüsünə xəsarət yetirdilər - 3 həbs

23 Oktyabr 2019 20:39
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə oktyabrın 22-də, gecə saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

3 nəfər A.İsmayılovu bıçaqla hədələyib, onun "VAZ-2107" markalı avtomobilini aparıblar.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət edib.

Məlumatla əlaqədar dərhal Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətləri müəyyən edilib.

Üz və bədən nahiyəsindən xəsarət almış A.İsmayılov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.