Hadisə

Ağdamda yol qəzası, 2 yaralı - FOTO

20 Oktyabr 2019 13:34
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.  

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb. Belə ki, Ağdam rayon Quzanlı qəsəbə sakini 1990-cı il təvəllüdlü Qurbanov Ceyhun Əşrəf oğlu idarə etdiyi "NİVA" markalı avtomobili yol kənarındakı işıq dirəyinə, daha sonra ağaca çırpıb.

Nəticədə sürücü Cehun Qurbanov və sərnişin Bərdə rayon Cəyirli kənd sakini 1980-cı il təvəllüdlü İbadov Mətləb Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarələri alıblar. Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğu üçün hər iki yaralı Ağdam rayon Təcili Tibbi Yardım maşını ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlər yaralıların vəziyyətləri orta-ağır olduğu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.