Hadisə

Gürcüstandan gələn avtomobildə mobil telefonlar və aksesuarları aşkarlandı - FOTO

19 Oktyabr 2019 16:24
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Milli.Az-a bildirilib ki, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı zamanı yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən, qutu və aksesuarları ilə birlikdə 10 ədəd "Samsung Galaxy 10" markalı mobil telefon, 60 ədəd qidalandırıcı başlıq, 60 ədəd USB və 60 ədəd qulaqlıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.