Hadisə

Şirvanda 2 qadın itkin düşüb - FOTO

19 Oktyabr 2019 14:34
0 Şərh     Baxış: 1 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul rayon sakini Əslanə Ablıyeva itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ə.Ablıyeva oktyabr ayının 12-də Şirvan şəhərində qonaq gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Trend-ə verilən digər məlumata görə, Şirvan sakini Günay Novruzova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkillərdə gördüyünüz hər şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.