Hadisə

Bakıda parkda 50 yaşlı kişinin meyiti tapıldı - Baş və bədənində sıyrıq izləri, cibində şpris

18 Oktyabr 2019 16:41
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda küçədən meyit tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nizami rayonu, R.Rüstəmov küçəsi 13 saylı ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının qarşısındakı yaşıllıqda təxminən 45-50 yaşlı kişinin meyiti aşkarlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirərkən onun əynindəki pencəyin cibindən bir ədəd boş şpris və siqaret kötüyü, meyitin baş və kürək nayihələrində sıyrıq izləri aşkar edilib.

Meyti müayinə edilib və həmin xəsarətlərin ölümlə əlaqəsi olmaması aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.