Hadisə

Betonqarışdıran avtomobil qaz xəttinə dəydi - 70 ev qazsız qaldı

16 Oktyabr 2019 17:17
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün günorta saatlarında Ağsu şəhəri H.Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb. 70-ə yaxın evin qaz təchizatının dayandırıldığı bildirilir.

Birlikdən verilən məlumata görə, artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.