Hadisə

İki “Mercedes” toqquşdu: yaralılar var

14 Oktyabr 2019 15:00
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. İki "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ağır yaralanıb.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Briqadasının həkimləri hər üç yaralıya ilkin yardım göstərdikdən sonra onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatoloqiya şöbəsinə çatdırılıblar.

Yaralananlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Onların şəxsiyyəti, hələ ki, məlum deyil. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.