Hadisə

Azərbaycanda 3 uşaq anası 10 aylıq uşağını da götürərək evdən qaçdı - FOTO

14 Oktyabr 2019 09:33
19 Şərh     Baxış: 3 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunun İmamqulubəyli kəndindən üç uşaq anası evdən qaçıb.

Milli.Az bildirir ki, hadisə sentyabrın 25-də baş verib.

Üç uşaq anası, 1993-cü il təvəllüdlü Məmmədova Xalidə 10 aylıq uşağını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər 2 uşaq isə evdə qalıb.

Qadının həyat yoldaşı Fuad Məmmədovun verdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.

Məmmədova Xalidəni görənlərdən Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsi xahiş olunur. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.