Hadisə

Beyləqanda yol qəzası: 1 yaşlı qız öldü

5 Oktyabr 2019 15:17
0 Şərh     Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 4-də saat 18 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi "Mercedes" və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi "VAZ-2109" markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.