Hadisə

İtkin düşən tələbə tapıldı

2 Oktyabr 2019 20:48
1 Şərh     Baxış: 3 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dillər Universitetinin 11 gün əvvəl itkin düşən II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə tələbənin atası Əfqan Cəfərov qafqazinfo-ya bildirib. Ə.Cəfərov bu barədə çox danışmaq istəmədiyini deyib. O qeyd edib ki, oğlunu görənlər olub və polislər artıq onun yerini müəyyənləşdirib, sabah görüşəcəklər.

Xatırladaq ki, Əsədulla 1500 manat təhsil haqqını ödəyə bilmədiyi və I kursdan kəsiri olduğu üçün evi tərk etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.