Hadisə

Azərbaycanda "BMW X5" aşdı - Xanım müğənni öldü

18 Sentyabr 2019 20:05
0 Şərh     Baxış: 5 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunda sürücü idarə etdiyi "BMW X-5" markalı avtomobili aşırıb.

Milli.Az Baku.ws-ə istinadən bildirir ki, hadisə Qızılhacılı kəndində qeydə alınıb.

İlkin məlumatlara görə qəzada Günel adlı qadın həyatını itirib. Qadının müğənni olduğu deylir. Daha bir nəfər Tural Abdullayev adlı şəxs isə ağır bədən xəsarətləri alıb.

Yaralı hələlik Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun Gəncədəki özəl xəstəxabalardan birinə gətirilməsi planlaşdırılır. Qəzaya səbəb yüksək surət və sürücünün idarəetməni itirməsinin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.