Hadisə

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb - 2 helikopter və təyyarə cəlb edilib - YENİLƏNİB - VİDEO

23 Avqust 2019 19:47
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:47

Avqustun 23-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin "BE 200 ÇS" tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

-----------

17:41

Qəbələ rayonunda yanğın başlayıb.

Qəbələ rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə Trend-ə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.