Hadisə

Ata olacaqdı, balıq tutarkən boğulub öldü...

17 Avqust 2019 13:39
0 Şərh     Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən saat 20:00 radələrində Yevlaxda bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayonunun Əfətli qəsəbəsindən olan 1987-ci il təvəllüdlü, Rəşad adlı şəxs Yevlaxa 1 günlük qonaq gedib. Bu zaman qohumu onu balıq tutmaq üçün Şirvan kanalına aparıb. 

Ayağı sürüşən Rəşad kanala düşüb. Kanal çox axıntılı olduğu üçün, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qohumu Zöhrab adlı şəxs Rəşadın meyitini balıq qarmağı ilə sudan çıxarıb. 

Meyit Yevlax Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
 
Mərhumun 6 ay öncə ailə həyatı qurduğu, həyat yoldaşının hamilə olduğu bildirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.