Hadisə

Sabirabadda 2 maşın toqquşdu - 2 xanım sərnişin öldü

16 Avqust 2019 19:54
0 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində "QAZ-2410" və "KİA" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 15-də saat 8 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində Saatlı rayon sakini Vüqar Bağırovun idarə etdiyi "QAZ-2410" və İmişli rayon sakini Ə.Xudiyevin idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub.

Nəticədə V.Bağırov və Ə.Xudiyevin sərnişinləri olan həmyerliləri Sərxoş Əliyev və Səmayə Muradova hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.