Hadisə

Ağstafada maşınını aşıran sürücü hadisə yerində ölüb

15 Avqust 2019 19:39
0 Şərh     Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 14-də saat 20 radələrində Ağstafa rayonunun Göycəli kəndi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi "Renault" markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.