Hadisə

Xətai rayonundakı marketi partlatmaq istəyən şəxs ruhi xəstəxanaya yerləşdirildi

14 Avqust 2019 14:44
0 Şərh     Baxış: 1 115

Polisə zəng edərək marketi partladacağı barədə məlumat vermiş ruhi xəstə Q.Qəribov xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 12-də özünü Q.Qəribov kimi təqdim etmiş şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat verib.

Araşdırmalarla məlumat təsdiqini tapmayıb, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilib.

O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.