Hadisə

Azərbaycanda Çeçenistan vətəndaşının öldürülməsi ilə bağlı yeni xəbər

14 Avqust 2019 11:59
0 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam saatlarında Sumqayıt şəhərində Çeçenistan vətəndaşının qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin sənaye zonasında, Gübrə zavodunun yaxınlığında Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Bislan Bakayevin bıçaqlanaraq öldürülməsi hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.

Artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, B.Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.