Hadisə

İstanbul-Bakı reysi 10 saat gecikdi

31 İyul 2019 10:49
1 Şərh     Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən İstanbul-Bakı reysində nasazlıq səbəbilə 10 saatlıq gecikmə olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı sərnişinlər sosial şəbəkədə paylaşıblar. Bildirilib ki, Türkiyə Hava Yollarının saat 12:20-də həyata keçirəcəyi uçuş saat 22:20-yə təxirə salınıb. Sərnişinlərə ilkin səbəb kimi təyyarənin şüşəsinin qırıldığı bildirilib.

Qeyd edək ki, İstanbul Hava Limanın köçəri quşların trayektorasında olması tikildiyi zaman xeyli müzakirələrə səbəb olmuşdu. Belə ki, dünən İzmir-İstanbul reysi üzrə hərəkət edən təyyarə də quş sürüsü ilə toqquşub. Gecikmələr bir neçə reys üzrə müşahidə olunduğundan Bakı-İstanbul reysinin də quşlara görə təxirə salındığı iddia edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.