Hadisə

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar və aksesuarları aşkarlanıb

26 İyul 2019 18:51
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 4 ədəd "Redmi Note 7", 1 ədəd "MI 8 lite", 1 ədəd "Samsung Galaxy A50", 1 ədəd "Samsung Galaxy A30", 2 ədəd, "Samsung Galaxy A20" markalı mobil telefonlar, 5 ədəd "qulaqlıq", mobil telefon üçün 11 ədəd qutu, 8 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.