Hadisə

Azərbaycanlılar yanan maşından rusiyalını çıxardılar, avtomobil partladı - VİDEO

24 İyul 2019 12:49
2 Şərh     Baxış: 2 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlılar daha bir ölkədə xilaskarlıqları ilə gündəmə gəliblər.

Milli.Az xəbər verir ki, Qazaxıstanda baş vermiş hadisənin videosu oxu.az-a göndərilib.

Hadisə şahidlərinin məlumatına görə, balıq ovundan gələn dörd azərbaycanlı yol kənarında yanan maşın görüblər. Avtomobilin qapılarının bağlı olmasına baxmayaraq, onlar maşında olan Rusiya vətəndaşını pəncərədən çıxararaq xilas ediblər.

Bir neçə dəqiqədən sonra isə avtomobil partlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Umud və Sabir Şirinov qardaşları Ukraynada yanan avtomobildən bir ailənin üç üzvünü xilas etmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.