Hadisə

Deputat İlfat İmanqulovun oğlu saatda 200 km sürətlə qəzaya düşdü, ər-arvadı öldürdü

16 İyul 2019 10:49
0 Şərh     Baxış: 3 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Çelyabinsk vilayətində Kunaşaksk rayonundan seçilən deputat İlfat İmanqulovun oğlu iki nəfəri avtomobili ilə vuraraq öldürüb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Deputatın oğlu Ruslan İmanqulov avtomobili yüksək sürətlə - saatda 200 km sürətlə idarə edirmiş. Anidən qarşısına çıxan iti vurmamaq üçün maşını döndərib və idarəetməni itirərək piyada keçidindəki qadınla kişini vurub. Hər iki şəxs hadisə yerindəcə ölüb. 

Ölənlərin ər-arvad olduğu bildirilir. O, rayon rəhbərinin keçmiş sürücüsü olub. Aprel ayında işdən çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.