Hadisə

Qazaxda 12 yaşlı oğlanı maşın vurub öldürdü

15 İyul 2019 16:01
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Rayonun Çaylı kənd sakini Qocayev Etibar Rəşid oğlu idarə etdiyi "VAZ 21154" markalı 20-DU-445 dövlət nömrə nişanlı avtomobillə Daş Salahlı kənd sakini, 2007-ci il təvəllüdlü Aqrayev Məhəmməd Vüqar oğlunu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.