Hadisə

Ermənilər “Köçəri”ni oxudu, qarşıdurma yarandı - VİDEO

15 İyul 2019 16:14
9 Şərh     Baxış: 2 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya Bakı Dövlət Universitetinin erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib.

Onun sözlərinə görə, festivalda Ermənistanı təmsil edən "Kafqaz" rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan "Köçəri" və "gözəlim sənsən" xalq mahnılarını ifa edərkən, tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar  Azərbaycan bayrağını qaldıraraq yüksək səslə rus dilində "bu Azərbaycan mahnısıdır, ar olsun sizə!" deyiblər. 

"Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırıblar. Yerlərdən səs-küy salan bir qrup erməni qadın isə öz saxta tarixləri ilə azərbaycanlılara "dərs" verməklə yanaşı, həm də təhqir etməyə başladılar. Bununla da qarşıdurma başlandı. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poğosyanın dediyinə görə, "naəlac qalan ermənilərin yardımına polis qrupu gəldi. Azərbaycanlıların bir neçəsi saxlanıldı, qalanı isə qaçaraq aradan çıxdı"", - deyə alim qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.