Hadisə

Evi dördüncü dəfə yandı - FOTO

14 İyul 2019 16:40
1 Şərh     Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad sakininin evində dördüncü dəfə yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Bədirli kəndində baş verib.

Kənd sakini Zakir Əliyevə məxsus ev yanıb. Yataq otağından başlayan yanğın qısa zamanda evi tamamilə bürüyüb. Hadisə yerinə FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını çağırılsa da, evin əksər hissəsi tamamilə yanıb.

Ailə üzvləri xəsarət almayıb. Ancaq artıq 4-cü dəfədir ki, evdə yanğın olması diqqət çəkir. Ailə üzvləri yanğının əvvəllər də məhz yorğan-döşəkdən başladığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.